• İQTİSADİYYAT

    18:16 13 mart 2019

BFB-də Mərkəzi Bankın 200 mln. manatlıq notları yerləşdirilib

13 mart 2019-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101173S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. ONA Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti 99,4388 AZN (7,26%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 340 637 800 AZN olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99.4388 AZN (7.26%), orta ölçülmüş qiyməti 99.4388 AZN (7.26%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 10.04.2019

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR