2017-ci ilin noyabr ayından indiyədək 15 vaqon və 3 qatar əsaslı təmir olunub.
ONA-nın xəbərinə görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin Vaqonların əsaslı təmiri xidmətini rəisi Kamran İsmayılov bildirib.
Onun sözlərinə görə, 2013-ci ildən 2015-ci ilədək 30 vaqon, 6 qatar əsaslı təmir üçün Moskvanın "Zrebs" filialına göndərilib.
"Bunlardan 5 qatar əsaslı təmir, 1 qatar işə orta təmir olunub. Əsaslı təmir üçün qatarın qaçışı 2,8 milyon kilometr olmalıdır", - K. İsmayılov qeyd edib.