Bu ilin yanvar-fevral aylarında Azərbaycana ümumi dəyəri 2 165 811 ABŞ dolları təşkil edən məhsul idxal olunub. İdxal olunan məhsulların 18,52%-ni maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri təşkil edib. ONA Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, adları qeyd edilən bu məhsulların ümumi dəyəri 401 min dollardan çox olub. İdxal olunan məhsulların 11,34%-i isə yeyinti məhsulları təşkil edib.
Hesabat dövründə Azərbaycandan ən çox ixrac olunan məhsul isə xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları olub. Bu məhsullar ixracın 82,61-ni təşkil edib. Ümumi dəyəri isə 2 603 955 dollar olub. Bu ilin iki ayında ixrac olunan məhsulların miqdarı ötən ilin analoji dövrünə nisbətən 58%, dəyəri isə 42,5%-dən çox olub.