• İQTİSADİYYAT

    13:34 15 may 2019

Bakıda 5-ci Aİ-Azərbaycan biznes forumu keçiriləcək

Aİ-Azərbaycan biznes forumu keçiriləcək.

ONA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin “Facebook” səhifəsində məlumat verilib.

İyunun 13-də Aİ-nin Azərbaycandakı nümayəndəliyi, Alman-Azərbaycan Ticarət Palatası və Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə 5-ci Aİ-Azərbaycan Biznes Forumu keçiriləcək.

Forum rəsmi açılış, Azərbaycanda biznes mühiti haqqında ümumi sessiya, hökumət rəsmiləri və şirkət nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatı, əlaqələndiricilik və turizm sahəsi ilə bağlı panel müzakirələrindən ibarət olacaq.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR