• İQTİSADİYYAT

    12:34 15 aprel 2019

Azərbaycanda 51 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb

Bu ilin ilk rübündə ölkə üzrə 51 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Əmlak Məsələləri Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, bunu Komitənin sədri Kərəm Həsənov qurum tərəfindən 2019-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə çıxış edərkən deyib.

Onun sözlərinə görə, daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial və innovativ amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Çıxarışların 1 iş günü müddətində verilməsi vətəndaşların əmlaklarını qeydiyyata almaq marağını artırır.

Vətəndaşlara ünvanında qeydiyyat xidmətləri göstərən “Kütləvi çıxarış” və “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları əhatə dairəsini genişləndirməkdədir. Qeydiyyat sahəsində xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması üçün “əks zəng” xidməti və sosial sorğu həyata keçirilir.

Cari il ərzində də vətəndaş müraciətlərinə həssaslıqla yanaşılıb. 193 saylı Vahid Çağrı Mərkəzinin funksionallığı artırılıb, qeydiyyat və kadastrla bağlı müraciətlərin qəbulu xətləri yaradılıb. Komitənin sosial şəbəkələri və internet resursları vasitəsilə onlayn olaraq vətəndaşlar tərəfindən 6 minə yaxın müraciət daxil olub və cavablandırılıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR