• İQTİSADİYYAT

    09:10 10 aprel 2019

Bakının 74 yol kəsişməsində pilot layihəyə başlanılıb

Paytaxtın əsasən mərkəzi hissəsini əhatə edən 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihənin icrasına başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən ONA-ya verilənb məlumata görə, layihənin birinci mərhələsində işlər M.Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, R.Behbudov, S.Vurğun, D.Əliyeva, S.Rəhimov küçələri və Bülbül prospektinə aid 20 kəsişmədə həyata keçiriləcək. Layihə çərçivəsində müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, mövcud çatışmazlıqlar aradan qaldırılacaq. Həmçinin yol nişanları yenilənəcək, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək. Zəruri yerlərdə isə sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.

Layihəyə uyğun olaraq artıq M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib. Davamlı olaraq digər kəsişmələrdə də müvafiq işlər aparılmaqdadır.

Bildirilir ki, 74 yol kəsişməsi layihəsinin icrası ilə şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Yolların nəqliyyat buraxma qabiliyyəti artacaq, hərəkətin intensivliyi təmin ediləcək.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR