• İQTİSADİYYAT

    13:15 20 may 2019

ABA: Azərbaycanda toksik aktivlərin həcmi 10 mlrd. manatdır

Azərbaycanda hazırda qeyri-işlək (toksik) aktivlərin həcmi 10 mlrd. manat təşkil edir ki, bu da Azərbaycan iqtisadiyyat üçün olduqca böyük bir yükdür.

ONA-nın xəbərinə görə, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi zamanı deyib.

O bildirib ki, bu yükün ədalətli şəkildə həllinə ehtiyac var: "Bugünkü hərrac sistemi effektiv çalışmır. Hərrac sistemi hökmən elektronlaşmalıdır. Bu həm şəffaflığın, həm də iqtisadi dövriyyədən kənar olan real aktivlərin real dövriyyəyə cəlb olunmasına şərait yaradar".

Z. Nuriyev qeyd edib ki, bu məsələyə təkcə hüquq məsələsinin təkmilləşdirilməsi kimi yox, həm də iqtisadi artımın elementi kimi baxmaq lazımdır.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR