“Azərbaycanın illik kərə yağ tələbatı 12-15 min ton arası təşkil edir”.
ONA-nın xəbərinə görə, bunu jurnalistlərlə görüşdə "Azərsun” holdinqin prezidenti Abdulbari Gözəl deyib. O bildirib ki, ölkəni kərə yağı ilə tam olaraq daxili istehsal gücünə təmin etmək asan deyil.
"Biz öz kərə yağımızı yeni brendlə - "Padar kərə yağı" adı ilə bazara çıxarmağı planlaşdırırıq. Bu, tam olaraq Azərbaycan istehsalıdır. Azərbaycanda şit yağa tələbat çox yüksəkdir. Zənnimcə, bu məhsul olmalıdır, lakin çox miqdarda deyil. Çünki bu yağ insan sağlamlığına heç də müsbət təsir göstərmir. Ən xeyirli yağlar - zeytun, qarğıdalı və diğər bitki mənşəli yağlarıdır. Çünki onlarda xolesterin yoxdur",- deyə o bildirib.