• İQTİSADİYYAT

    12:09 30 mart 2019

ABŞ Azərbaycan neft məhsullarının idxalını azaldıb

ABŞ 2018-ci ildə Azərbaycandan 403 min barel neft məhsulları idxal edib ki, bu da 2017-ci illə müqayisədə 23,5% azdır.

ONA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA-mart ayına olan vəziyyətə görə) məlumatında bildirilir.

EIA-nın məlumatında qeyd olunur ki, 2017-ci ilidə ABŞ Azərbaycandan 527 min barel neft məhsulları idxal edib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR