• İQTİSADİYYAT

    17:58 10 aprel 2019

ABŞ Azərbaycanın energetika sahəsində həyata keçirdiyi layihələri dəstəkləyəcək

SOCAR-ın prezidenti Rövnəq Abdullayev ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Erl Litzenbergerlə görüşwb.

SOCAR-dan ONA-ya verilən məlumata görə, R. Abdullayev səfiri yeni təyinatı münasibəti ilə təbrik edib, şirkətin fəaliyyəti, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində rolu, Cənub Qaz dəhlizi layihəsinin gedişi haqqında məlumat verib.

Öz növbəsində səfir Erl Litzenberqer Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunu bildirərək, fəaliyyəti dövründə iki ölkə xalqları arasında dostluq münasibətlərinin inkişafına töhfə verməyə çalışacağını deyib. O, Azərbaycan və ABŞ arasında enerji sahəsində əlaqələrin gücləndirilməsinin özü üçün əsas prioritetlərdən biri hesab etdiyini vurğulayaraq, Azərbaycanın energetika sahəsində həyata keçirdiyi layihələrin bundan sonra da Amerika tərəfindən dəstəklənəcəyini söyləyib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR