Azərbaycan qısa müddətdə layihələr və islahatlarla mütərəqqi nəticələr əldə edə bilib.
ONA-nın xəbərinə görə, bunu Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edərkən ABŞ səfiri Örl Litzenberger deyib.
Onun sözlərinə görə, ABŞ şirkətləri məhz vergi və gömrük islahatları ilə bağlı çox müsbət fikirlər və rəylər söyləyirlər.
"Məhkəmə və hüquq müstəvisindəki islahatlar bu mühitin daha da təkmilləşdiriləcəyinə ümid yaradır. Hüquq müstəvisində islahatları həyata keçirdikdə, ilk növbədə islahatların daha geniş səpkidə keçiriləcəyini və sıravi vətəndaşların, eləcə də beynəlxalq şirkətlərin ondan paralel bəhrələnəcəyinə ümid edirik", - deyə səfir bildirib.