ABŞ-ın kommersiya məqsədli neft ehtiyatları (strateji ehtiyatlar istisna olaraq) üzrə göstəricilər analitikləri təəccübləndirib. ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ekspertlər həftə ərzində ehtiyatların 0,3 mln. barel və ya 0,06% artaraq 449,4 mln. barel təşkil edəcəyini proqnozlaşdırırdı.
Lakin, ABŞ-ın Energetika Nazirliyi kommersiya məqsədli neft ehtiyatlarının 439,5 mln. barelədək azalmasını qeydə alıb. Həftə ərzində ehtiyatlar 9,6 mln. barel və ya 2,1% azalıb.