• İQTİSADİYYAT

    13:13 23 may 2019

ABŞ-ın neft ehtiyatları 477 mln. barelə çatıb  

Ötən həftənin yekunlarına görə (13-17 may), ABŞ-da neft ehtiyatları 4,7 mln. barel artaraq 476,8 mln. barelə çatıb.

ONA-nın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 600 min barel azalmasını proqnozlaşdırırdı.

Bundan başqa, ölkədə gündəlik neft hasilatı 100 min barel artaraq 12,2 mln. barelə çatıb.

Emil

Teqlər:

SON XƏBƏRLƏR