Ötən həftənin yekünlarına görə, ABŞ-da neft ehtiyatları kəskin artıb. Bu da neft qiymətlərinə öz təsirini göstərə bilər.
ONA-nın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Hesabata əsasən, ötən həftə (15-19 aprel) ABŞ-ın xam neft ehtiyatları 5,48 mln. barel artıb.
Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 1,26 mln. barel artmasını proqnozlaşdırırdı.