ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir və bu, bundan öncə iqtisadiyyatın məhdudlaşdırıcı tədbirlərdən təsirlənməyən sektorlarına zərər verəcək. ONA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Trampın administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ABŞ İran iqtisadiyyatında "soyutma effektini" qorumaq niyyətindədir: "İstəyirik ki, biznes dairələri İranla iş birliyinin aparılması ideyasının heç də yaxşı bir fikir olmadığını düşünməkdə davam etsinlər”
Mənbənin fikrincə, yeni sanksiyalar artıq bu ilin may ayında tətbiq edilə bilər.
Qeyd edək ki, bundan öncə Birləşmiş Ştatların İrana qarşı sanksiya siyahılarını genişləndirdiyi bildirilirdi.