• İQTİSADİYYAT

    09:56 28 mart 2019

ABŞ neft ehtiyatlarını artırıb

Ötən həftənin yekünlarına görə, ABŞ-da neft ehtiyatları gözləniləndən daha çox artıb ki, bu da dünya neft bazarına öz təsirini göstərə bilər.

ONA-nın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Hesabata əsasən, ABŞ-ın xam neft ehtiyatları martın 22-də 2,8 milyon barelə çatıb.

Qeyd edək ki, analitiklər neft ehtiyatlarının 1,1 milyon barel azaldılmasını proqnozlaşdırırdı. Martın ortasında ABŞ-da neft ehtiyatları 9,59 milyon barel azalmışdı.

Emil

Teqlər:

SON XƏBƏRLƏR