Ötən həftənin yekünlarına görə, ABŞ-da neft ehtiyatları kəskin artıb. Bu da neft qiymətlərinin artmasına öz təsirini göstərə bilər.
ONA-nın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Hesabata əsasən, ABŞ-ın xam neft ehtiyatları martın 29-da 7,24 mln. barelə artıb.
Qeyd edək ki, ABŞ-ın neft ehtiyatlarının 0,49 mln. barel azaldılması proqnozlaşdırırdı. Keçən həftə ölkənin neft ehtiyatları 2,8 mln. barelə artıb.