• İQTİSADİYYAT

    12:38 17 may 2019

ABŞ səfiri: "Azərbaycanda əqli mülkiyyət hüquqları kifayət qədər təmin olunmayıb"

Azərbaycanda əqli mülkiyyət hüquqlarının kifayət qədər təmin olunmaması ölkənin müxtəlif sahələrdə texnoloji imkanlar əldə etməsini məhdudlaşdırır.

ONA-nın xəbərinə görə, bunu Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edərkən ABŞ səfiri Örl Litzenberger deyib.

Onun sözlərinə görə, ABŞ tərəfi ümid edir ki, bu sahədə ölkədə mühüm addımlar atılacaq.

"Sirr deyil ki, ABŞ-ın böyük proqram təminatı ixracatçılarının və əczaçılıq sahəsinin məhsulları sırf etibarlı məhkəmə-hüquq sistemi sayəsində piratçılıq halları ilə üzləşmir. Azərbaycan üçün digər bir vacib sahə kənd təsərrüfatıdır. Məsələn, ABŞ kənd təsərrüfatı texnologiyasının əsas ixracatçılarından birinə çevrilib. Bəzi şirkətlər üçün isə Azərbaycan təəssüflər olsun ki, əlçatan deyil. Bunun da səbəbi Azərbaycanda məhz əqli mülkiyyət hüquqlarının kifayət qədər təmin olunmamasıdır", - deyə səfir qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR