• İQTİSADİYYAT

    11:51 9 aprel 2019

“Abşeron” yatağında ilk qaz hasilatı 2020-ci ildə reallaşacaq

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağından ilk qaz hasilatına 2020-ci ilin üçüncü rübündə başlanacağı gözlənilir. Bu barədə ONA-ya neft-qaz bazarında fəaliyyət göstərən etibarlı mənbədən bildirilib.

Mənbənin sözlərinə görə, ilkin dövrdə yataqda ildə 1,5 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir, 2022-2023-cü illərdə isə bu göstərici ildə 4 mlrd. kubmetrə çatdırılması planlaşdırılır.

Bundan əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildimişdir ki, “Abşeron” və “Qarabağ” yataqlarından ilk məhsulun ldə olunması 2020-2021-ci illərdə proqnozlaşdırılır.

Qeyd edək ki, SOCAR-ın "Heydər Əliyev" yeni yarımdalma üzən qazma qurğusu artıq ötən ildən “Abşeron” yatağındakı ilk quyuda qazma işinə başlayıb. Bu quyunun dərinliyi 7 400 metrdən çox olacaq. Qazma işləri bu ilin üçüncü rübündə tamamlanacaq.

SOCAR-ın qiymətləndirmələrinə görə, “Abşeron” yatağının potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir.

Emil

Teqlər:

SON XƏBƏRLƏR