• İQTİSADİYYAT

    12:03 22 aprel 2019

AÇG-dən 2050-ci ilədək daha 3 mlrd. barel neftın hasil olunacağı gözlənilir

2049-cu ilin sonunadək "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan daha 3 mlrd. barel neftın hasil olunacağı nəzərdə tutulur. ONA-nın xəbərinə görə, bunu SOCAR-ın IV Beynalxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumunda çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, bu illər üzrə saziş üzrə yatağa konsorsium tərəfindən 36 mlrd. ABŞ dolları sərmayə qoyulub ki, bunun da nəticəsində 3,5 mlrd. barel neft (474 mln. ton) hasil edilib.

"1994-cü ildə yatağın ehtiyatları 511 mln. ton ehtimal olunurdu. Bu gün isə artıq 474 mln. tondan çox neft hasil edilib. Sazişin azaldığı müddətdə, yəni, 2049-cu ilin sonunadək daha 3 mlrd. barel neftin çıxarılması nəzərdə tutulur. Yəni, yatağın ehtiyatları imzalandığı dövrdən güman olunandan qat-qat yuxarıdır. Saziş çərçivəsində, həmçinin, 44 mlrd. kubmetr səmt qazı hasil edilib və sazişin müddəalarına uyğun olaraq təmənnasız dövlətə təhvil verilib", - deyə B. Aslanbəyli bildirib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR