• İQTİSADİYYAT

    16:01 25 iyul 2019

Ağcabədidə yol tikintisinə 7,6 milyon manat ayrılıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağcabədi rayonunun Boyat–Biləyən–Hacılar–Qaraxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

ONA-nın məlumatına görə, sərəncamla beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Boyat–Biləyən–Hacılar–Qaraxanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,6 milyon (yeddi milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR