Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksinin 2024-cü ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur
“APA-Economics" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuğu" panelində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, uzunluğu 44 kilometr olan Bərdə-Ağdam yolu artıq yekunlaşmaq üzrədir.
“Ağdamda kəndlərdə və yaşayış məntəqələrində də artıq torpaq işlərinə başlanılıb və bu yaxınlarda Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində evlərin tikintisinə başlanacaq. Digər kəndlər isə layihələndirmə prosesindədir”, - deyə Bəşir Hacıyev əlavə edib.