Avropa İttifaqı (Aİ) Azərbaycanla birgə kibertəhlükəsizlik sahəsində dəyəri 7 mln. avro olan layihə icra edəcək. ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən "Eu4Digital" layihəsinin təqdimatında Aİ-nin Azərbaycandakı Əməkdaşlıq Şöbəsinin rəhbəri Simona Qatti deyib.
Onun sözlərinə görə, hazırda təqdim olunan "Eu4Digital" layihəsinin dəyəri 11 mln. avro təşkil edir.
"Biz bu layihəni “Ernst&Young” şirkəti tərəfindən 6 “Şərq Tərəfdaşlığı” ölkəsində icra edəcəyik. Bu layihədən sonra isə biz Azərbaycanla 7 mln. avroluq kibertəhlükəsizlik layihəsini icra etməyə başlayacağıq", - deyə S. Qatti qeyd edib.