• İQTİSADİYYAT

    10:32 3 aprel 2019

AİB 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 2,7% artacağını proqnozlaşdırır

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iqtisadi artımının 2019-cu ildə 2,5% səviyyəsində, 2020-ci ildə isə "Şahdəniz 2" yatağında qaz hasilatının sürətlənməsi nəticəsində 2,7% səviyyəsində olacağını proqnozlaşdırır.

ONA-nın AİB-in 2019-cu il üçün Asiya İnkişaf Proqnozuna istinadən verdiyi məlumata görə, Azərbaycanda sənayenin hər il 1% artacağı gözlənilir.
Bununla yanaşı, AİB inşaat sahəsinin 2019-cu 3%, 2020-ci ildə isə regional inkişaf proqramlarının tətbiqi nəticəsində 2% artmasını gözləyir.

Həmçinin, fermerlərin maliyyə imkanları yaxşılaşması ilə kənd təsərrüfatında 2019-cu ildə 3%, 2020-ci ildə isə 4% artmın olması proqnozlaşdırılır.

2019-2020-ci illərdə nəqliyyatda, turizmdə və pərakəndə ticarətdə artım sayəsində xidmət sahəsində artımın 3% olacağı gözlənilir.

Hesabatda sabit valyuta məzənnəsi və biznes iqlimini yaxşılaşdırması üçün həyata keçirilən iqtisadi islahatlar fərdi investisiyaların artmasına gətirib çıxaracağı da qeyd olunub.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR