Azərbaycanın milli valyutasına etimadın möhkəmlənməsi davam edir. ONA-nın Asiya İnkişaf Bankının (AİB) 2019-cu il üçün Asiya İnkişaf Proqnozuna istinadən verdiyi məlumata görə, sənəddə qeyd olunur ki, 2017-ci ilin sonunda milli valyutada əmanətlərin payı 27,6%-dək, növbəti ilin müvafiq dövründə 34,6%-dək, milli valyutada verilən kreditlərin payı isə 59,1%-dən 62%-dək artıb.
Məzənnənin sabitləşməsi, istehlakçı etimadının güclənməsi fonunda, iqtisadiyyata verilən kreditlərin həcmi 2017-ci ildəki 28,5%-lik daralma döndərilməklə, 10,7% artıb. Cari əməliyyatlar hesabının profisiti 2017-ci ilin ilk 9 ayı ərzində ÜDM-in 3,6% ekvivalentindən 2018-ci ilin müvafiq dövründə 6,9%-dək yüksəlməklə, demək olar ki, ikiqat artım göstərib. Neft qiymətlərinin yüksəlməsi nəticəsində tam illik ticarət profisitinin ÜDM-də xüsusi çəkisi 16% təşkil edib, karbohidrogenlərin cəmi ixracın 90%-dən artıq təşkil etdiyindən, lakin digər məhsulların da ixracatı artdığından, ixracın artım tempi 2017-ci ildəki 17,9%-dən 35,9%-dək iki dəfə artıb.