Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda 2019-cu ildə inflyasiyanın yüksək maaşlara uyğun olaraq 4%-ə çatması və sürətli artım nəticəsində böyüyən daxili tələbat səbəbi ilə 2020-ci ildə 5% olacağını proqnozlaşdırır.
ONA-nın AİB-in 2019-cu il üçün Asiya İnkişaf Proqnozuna istinadən verdiyi məlumata görə, Azərbaycanda nisbətən sabit məzənnə yüksək inflyasiyanın qarşısını alacaq. Növbəti 2 il ərzində Azərbaycan Mərkəzi Bankının məzənnə sabitliyinin qorunması və inflyasiyanın 5%-də məhdudlaşmasına diqqət yetirəcəyi gözlənilir.
“Buna görə də hökumət idxal tələbatına, valyuta və sərmayə axınına yaxından nəzarət edəcək. Stabil valyuta məzənnəsinin özəl sektorun maliyyələşdirilməsində artıma səbəb olacağı gözlənilir”, - deyə AİB-in hesabatında qeyd olunub.