• İQTİSADİYYAT

    11:15 21 may 2019

AİC-in sədri: "Azərbaycanda sürətli internetin inkişafı ADSL xidmətlərini bazardan tam çıxaracaq"

Azərbaycanın magistral operatoru "Delta Telecom" tərəfindən internet tutumların icarə xərclərinin azaldılması ölkənin internet provayderləri tərəfindən müsbət qarşılanıb. Bu da son istifadəçilərin qlobal şəbəkəsinə qoşulma qiymətlərinin endirilməsinə səbəb olacaq. Bunu ONA-ya Azərbaycan İnternet Cəmiyyətinin (AİC) sədri Qalib Qurbanov deyib.

Onun sözlərinə görə, bir sıra provayderlər "Delta Telecom" şirkətinin yeni tarif siyasətinin tətbiqi ilə əlaqədar AİC-ə müraciət ediblər.

"İnanıram ki, "Delta Telecom"un bu təşəbbüsü ölkənin İnternet bazarına müsbət təsir göstərəcək və telekommunikasiya operatorları daha əlverişli şərait yaradaraq, son istifadəçiləri şəbəkəyə qoşulma xərclərini azaldacaq", - deyə Q. Qurbanov qeyd edib.

İnternet cəmiyyətinin sədri həmçinin bildirib ki, "Delta Telecom"un internet provayderlərə təklif etdiyi yeni tariflər, ölkədə genişzolaqlı İnternetin inkişafını daha da sürətləndirəcək.

"Bu, son istifadəçilər üçün qiymətləri endirməklə yanaşı, ölkədə yüksək sürətli İnternetin inkişafını sürətləndirəcək. Xüsusilə vurğulamaq istərdim ki, bu, ilk növbədə provayderlər tərəfindən təklif edilən ADSL xidmətlərinin bazardan tam çıxmasına səbəb olacaq. Belə ki, bu texnologiya genişzolaqlı xidmətlərin göstərilməsi üçün müasir tələblərə cavab vermir", - deyə Q. Qurbanov vurğulayıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR