Bu ilin mayın 2-dən etibarən Latviyanın “AirBaltic” şirkəti Riqa-Bakı marşrutu üzrə birbaşa aviareysi bərpa edəcək. Bu barədə ONA-ya aviaşirkətdən bildirilib.
“Mayın 2-də Riqa-Bakı-Riqa marşrutu üzrə başlanacaq uçuşlar cari ilin oktyabr ayının 24-dək davam edəcək. Bakıdan Riqaya uçuşlar hər həftənin I və IV günləri saat 04:10-da yerinə yetiriləcək”, - deyə aviaşirkətdən bildirilib.
Qeyd edək ki, hər iki istiqamətə biletin minimal qiyməti 137 avro təşkil edir.