• İQTİSADİYYAT

    19:16 11 mart 2019

“Airbus” hava taksi xidmətinin sınaqlarına başlayıb

“Airbus” şirkəti Almaniyanın İnqolştadt şəhərində “CityAirbus” adını alan aerotaksilərin sınağına başlayıb.

ONA-nın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, sözügedən taksilər gələcəkdə ənənəvi nəqliyyat vasitələrinin alternativinə çevriləcək, əsasən də, hərəkət sıx olan şəhərlərdə. Dörd oturacağa və səkkiz vintə malik olan “CityAirbus” pilotsuz uçan maşına bənzəyir. Ehtimal olunur ki, hava taksiləri ilkin olaraq iri şəhərlərdə, əsasən, şəhərin mərkəzindən aeroporta və əks istiqamətdə hərəkət edəcək. Gələcəkdə isə bu xidmətdən digər sahələrdə də istifadə olunacağı gözlənilir, məsələn, həkimlərin hadisə yerlərinə və ya qan və digər insan orqanlarının xəstələrə çatdırılması.

Qeyd edək ki, “CityAirbus” maşını “Airbus”ın Donauvörtedəki zavodunda konstruksiya olunub.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR