Ötən il Azərbaycanda aktivlərdən ən səmərəli istifadə edən banklar müəyyənləşib. ONA-nın apardığı təhlildən belə məlum olub ki, 2018-ci ildə Azərbaycanda 30 bankdan 25-i hesabat ilini mənfəətlə, 5-i isə zərərlə başa vurub.
Ümumilikdə, ötən il Azərbaycanın bank sektoru 305,61 mln. xalis mənfəət əldə edib ki, bu da ümumi aktivlərin 1,03%-nə bərabər olub. Cari ilin yanvarın 1-nə olan hesabata görə, aktivlərindən ən yaxşı istifadə edən bank Azərbaycan Beynəlxalq Bankıdır. Sözügüdən bankın mənfəətinin aktivlərdə nisbəti 5,37% təşkil edib. Sıralamada ikinci ən yaxşı aktivlərindən istifadə edən bank “AFB Bank” olub. Bu bankın mənfəətinin aktivlərdə nisbəti 5,2% təşkil edib. Üçüncü pilləni isə bu il mənfəətə çıxmış “Unibank” tutub ki, bu bankda sözügedən nisbət 4,37% olub.