• İQTİSADİYYAT

    11:34 15 sentyabr 2023

“AL Market” Bilik günü münasibəti ilə şəhid və qazi övladları üçün tədbir təşkil edib - FOTO

“AL Market” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Bilik günü ərəfəsində ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş qəhrəmanların ailə üzvlərinə diqqət və qayğı göstərmək məqsədilə “Yeni təhsil iliniz uğurlu olsun” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilib.

“Park Bulvar”da keçirilən tədbirdə uşaqlara müxtəlif əyləncələr təşkil edilib, daha sonra “AL Market” mağazalarında satılan məktəb ləvazimatları və şirniyyat məhsullarından ibarət hədiyyə paketləri təqdim olunub.

Qeyd edək ki, bu gün yüzlərlə filialı ilə fəaliyyət göstərən “AL Market”lər mağazalarındakı ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “AL Market”lər ailənizin ehtiyacları üçün minlərlə məhsulla xidmətinizdədir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR