• İQTİSADİYYAT

    11:50 29 mart 2019

Aleksandr Novak: "OPEC+ çərçivəsində müzakirələr mayda başlayacaq"

OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair sövdələşmənin uzadılması məsələsinin müzakirəsi mayda başlaya bilər. ONA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

"Hazırda müzakirələrlə bağlı heç bir təklif yoxdur, qarşıda hələ aprel ayı var", - deyə nazir qeyd edib.

Bundan öncə A. Novak mart ayında Bakıda keçirilən OPEC+ görüşündə Səudiyyə Ərəbistanından olan həmkarı Xalid Əl-Falihiyə bildirib ki, 2019-cu ilin sonunadək hasilatın azaldılmasına zəmanət verilə bilməz və hazırda söhbət sövdələşmənin uç ay (iyul-sentyabr) uzadılmasından gedir.

"Sonuncu dəfə biz bu məsələni may ayında müzakirə edəcəyimiz barədə danışmışıq”, - deyə A. Novak əlavə edib.

OPEC, Rusiya və OPEC+ ölkələri 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 milyon barel azaldılması barədə razılaşmışdılar.

Emil

Teqlər:

SON XƏBƏRLƏR