• İQTİSADİYYAT

    10:39 9 aprel 2019

Almaniya-Azərbaycan Xarici Ticarət Palatası “Market Analysis Azerbaijan 2019” adlı xüsusi nəşrini təqdim edib

Almaniya-Azərbaycan Xarici Ticarət Palatası “Market Analysis Azerbaijan 2019” adlı xüsusi nəşrini təqdim edib. ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Palatanın Bazarın təhlili və kommunikasiya şöbəsinin rəhbəri Nigar Bayramlı deyib.

Onun sözlərinə görə, nəşrdə almaniyalı ekspert tərəfindən Azərbaycanın 14 qabaqcıl sahəsi haqqında təhlil verilib.

"Nəşrdə Azərbaycanın 14 prioritet iqtisadi sektoru təhlil olunur. Bu sektorlarda mövcud olan trendlər haqqında danışılır. Nəşr 11 Azərbaycan və Almaniya şirkətinin həm maddi, həm də texniki dəstəyi vasitəsilə ərsəyə gəlib. Onlar hər müvafiq sektorlarla bağlı öz fikirləri ilə bu nəşrdə iştirak edib", - deyə N. Bayramlı qeyd edib.

Nəşrin əsas məqsədi Azərbaycanın yol xəritələrində vurğulanan prioritet sahələrini təhlil etməkdir.

N. Bayramlının sözlərinə görə, bu sahələr haqqında əsasən Almaniya şirkətlərinə Azərbaycanda mövcud olan imkanlar barədə məlumat verməkdən ibarətdir.

”Məsələn, investisiyalar haralarda nəzərdə tutulur, xarici şirkətlər bu investisiyalarda necə iştirak edə bilərlər və ümumiyyətlə, Azərbaycanda bazarın potensialını yerli və xarici şirkətlər necə dəyərləndirir. Düşünürük ki, bu nəşr nəinki Azərbaycanda, eləcə də Almaniyada da yayımlanacaq”, - deyə N. Bayramlı qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR