Almaniyanın "VPC Sustainable Engineering and Consulting GMBH" sirkəti “Azəristiliktəchizat ” ASC-nin texniki, təşkilatı və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması və optimallaşdırma tədbirlərinin həyata keçirilməsi üçün mərhələli tədbirlər planını hazırlayacaq.
ONA-nın Tender Komissiyasına istinadən verdiyi məlumata görə, Azərbaycan Energetika Nazirliyi tərəfindən 10 yanvar 2019 ildə keçirilmiş “Ölkədə dayanıqlı və etibarlı istilik təchizatı sisteminin yaradılması, istehlakçılara fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin edilməsi, isitmə məqsədilə istifadə edilən təbii qaz və elektrik enerjisi sərfiyyatını azaldılması, enerji resurslarından səmərəli istifadə olunması, yanğın və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə “Azəristiliktəchizat ” ASC-nin texniki, təşkilatı və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması və optimallaşdırma tədbirlərinin həyata keçirilməsi üçün mərhələli tədbirlər planın hazırlanması” işlərinin satınalınmasına dair açıq tenderdə Almaniyanın "VPC Sustainable Engineering and Consulting GMBH" sirkəti qalib elan edilib. Qalib təşkilatla artıq müvafiq satınalma müqaviləsi bağlanılıb.