• İQTİSADİYYAT

    17:06 7 mart 2019

AMB 350 mln. manat cəlb edir

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən ONA-ya verilən xəbərə görə, martın 11-də keçiriləcək hibrid depozit hərracında 350 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,26 - 9,24% təşkil edir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR