Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
AMB-dən ONA-ya verilən xəbərə görə, aprelin 15-də keçiriləcək hibrid depozit hərracında 350 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.
Depozit hərracının müddəti 14 gün təşkil edir.
"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,01-8,99% təşkil edir.