• İQTİSADİYYAT

    10:55 19 aprel 2019

AMB 350 mln. manat cəlb edir

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən ONA-ya verilən xəbərə görə, aprelin 22-də keçiriləcək hibrid depozit hərracında 350 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,01-8,99% təşkil edir.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR