"Kriptovalyutalara maraq son dövrlər artıb".
ONA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev “Maliyyə və Texnologiyalar Samiti”ndə ("Fintex Summit") bildirib.
A. Quliyev deyib ki, Mərkəzi Bank bu sahədə məsələləri, ortaya çıxa biləcək riskləri və problemləri araşdırır.
Mərkəzi Bankın rəsmisi onu da bildirib ki, 2018-ci ilin sonuna dünyada "fintex"lərə qoyulan sərmayələrin miqdarı 30,8 milyard dollara çatıb: "Yeni texnologiyaların həyatımıza daxil olması təhlükəsizlik çağırışlarını da aktuallaşdırır".