"Blokçeyn platformasında rəqəmsal identfikasiya sistemi yaradılacaq".
ONA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova "Maliyyə və Texnologiyalar Samiti"ndə ("Fintex Summit") "Dövət Proqramı – rəqəmsallaşmaya gedən yol" mövzusunda çıxışında bildirib.
K. Qurbanova deyib ki, Mərkəzi Bank tərəfindən 2018-2020-ci illərdə Rəqəmsal Ödənişlərin Genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində görülən işlər nəticəsində 5 il ərzində nağdsız dövriyyənin 54 milyard manata yaxın artması gözlənilir: "Nağdsız dövriyyənin artması, dövriyyələrin bank sektoruna cəlb olunması banklara investisiya imkanları verir. Eyni zamanda bank xidmətlərindən istifadə dən fiziki və hüquqi şəxslərə ucuz kreditlərdən yararlanmaq imkanı verir".