• İQTİSADİYYAT

    18:12 24 aprel 2019

BFB-də AMB-nin qısamüddətli notları yerləşdirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən ONA-ya verilən məlumata görə, AMB-nin 50101773S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 12 investor tərəfindən qiyməti 99,3053 AZN (8,99%) ilə 99,3625 AZN (8,24%) arasında olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə, ümumi məbləği 285 624 600 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,3053 AZN (8,99%), orta ölçülmüş qiyməti 99,3117 AZN (8,91%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 285 624 600 AZN təşkil edib.

Notların ödəmə tarixi 22.05.2019.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR