Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi uçot dərəcəsi ölkədə olan bütün faiz göstəricilərinə (həm əmanətlər, həm də kreditlər üzrə) təsir edəcək. ONA xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov bildirib.
"Yeni büdcə qaydalarına keçid bizə imkan verir ki, Mərkəzi Bankın qəbul etdiyi uçot dərəcəsinin faizi ölkədə kredit və əmanət faizlərinə təsir etsin. Uçot dərəcəsinin kredit və əmanət faizlərinə təsiri sisteminə tam keçid cari ilin ikinci yarısından sonra baş tutacaq", - deyə E. Rüstəmov deyib.
AMB-nin rəsmisi əlavə edib ki, hazırda sözügedən sistemə keçid prosesi aparılır: "Ölkədəki makroiqtisadi stabillik, həmçinin fiskal dominantlığın və bütövlükdə monetar siyasətdə inflyasiyaya təsir edən xarici və daxili faktorların olmaması bu sistemə keçidi asanlaşdırır".