Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının səlahiyyəti artırılıb.
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” sərəncamına dəyişiklik edilməsi haqqında fərmanında əksini tapıb.
Fərmana edilən dəyişikliyə görə, Cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilib.
Qeyd edək ki, indiyə qədər bu rəqəm 25 idi.