Aprelin 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,05% – 26 143,05 bəndədək, Nasdaq 0,21% – 7 947,36 bəndədək enib, S&P 500 isə 2 888,32 bənd olduğu kimi qalıb.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 11-də FTSE 100 indeksi 0,05% – 7 417,95 bəndədək enib, Fransa CAC-40 0,66% – 5 485,72 bəndədək, Almaniya DAX-ı isə 0,25% – 11 935,20 bəndədək yüksəlib.
Aprelin 11- COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,57% azalaraq 1 288,60 dollar təşkil edib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,37% artaraq 1,1292 dollar təşkil edib.