Aprelin 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,72% – 26 150,58 bəndədək, S&P 500 0,61% – 2 878,20 bəndədək, Nasdaq isə 0,56% – 7 909,28 bəndədək enib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 9-da FTSE 100 indeksi 0,035% – 7 425,57 bəndədək yüksəlib, Fransa CAC-40 0,08% – 5 471,78 bəndədək, Almaniya DAX-ı isə 0,94% – 11 850,57 bəndədək enib.
Aprelin 9-da COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,30 dollar artaraq 1 303,20 dollar olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,01% azalaraq 1,1260 dollar təşkil edib.