Aprelin 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% – 26 449,54 bəndədək , S&P 500 0,23% – 2 90,45 bəndədək , Nasdaq isə 0,05% – 7 996,08 bəndədək azalıb.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 17-də FTSE 100 indeksi 0,02% – 7 471,32 bəndədək, Fransa CAC-40 0,62% – 5 563,09 bəndədək, Almaniya DAX-ı isə 0,43% – 12 153,07 bəndədək yüksəlib.
Aprelin 17-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,10% azalaraq 1 270,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,14% artaraq 1,1296 dollar təşkil edib.