• İQTİSADİYYAT

    15:25 30 aprel 2019

"Amrahbank" bu ilin I rübünü zərərlə başa vurub

"Amrahbank" bu ilin birinci rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

ONA-nın sözügedən hesabata istinadən verdiyi məlumata görə, bu ilin yanvar-mart aylarında bank 1,694 mln. manat zərər edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 68,5% azdır.

Bankın cəmi aktivləri ötən ilk rübü ilə müqayisədə 1,9% artaraq 202,121 mln. manat olub.

Hesabat dövründə bankın öhdəlikləri 14% artaraq 184,292 mln. manat, depozitləri isə 16,2% artaraq 165,299 mln. manat olub.

Bu ilin birinci rübündə "Amrahbank"ın faiz gəlirləri 42,7% artaraq 3,030 mln. manat, faiz xərcləri 5,2% azalaraq 3,017 mln. manat, qeyri-faiz gəliri isə 21,2% azalaraq 961 min manat olub. Bankın əməliyyat gəliri 39,6% azalaraq 1,310 mln. manat təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR