• İQTİSADİYYAT

    10:57 3 aprel 2019

“Android”in Azərbaycanda bazar payı ilin əvvəlindən artıb

Bu ilin əvvəlindən “Android” əməliyyat sisteminin Azərbaycan bazarında payı 4 faiz bəndi artıb.

ONA-nın "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, aprel ayının 1-nə “Android”in ölkənin əməliyyat sistemi bazarında olan payı 48,8% olmaqla birinci yeri tutur. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 5,8 faiz bəndi azalıb.

Cari ilin əvvəlindən “Microsoft Windows” əməliyyat sisteminin ölkə üzrə bazar payı 12,1 faiz bəndi artaraq 37,5% təşkil edib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə isə bazar payı 14,5 faiz bəndi artıb. “Microsoft”un proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 7,2% bazar payı ilə “iOS” əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı ilin əvvəlindən 10,5 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 6,5 faiz bəndi azalıb.

Digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: OS X – 2,81%, naməlum əməliyyat sistemləri – 2,16%, “Linux” – 0,54% və s.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR