• İQTİSADİYYAT

    18:45 16 may 2019

"Anglo Asian Mining"in gəlirləri ötən il 26% artıb

"Anglo Asian Mining" şirkəti 2018-ci ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

ONA-nın şirkətin hesabatına istinadən verdiyi məlumata görə, ötən il "Anglo Asian Mining"in ümumi gəlirlər əvvəlki illə müqayisədə 26% artaraq 90,4 mln. ABŞ dolları təşkil edib.

Hesabat ilində vergi tutulduqdan əvvəl əldə olunan gəlirin həcmi 25,2 mln. dollar olub ki, bu da 2017-ci illə müqayisədə 4 dəfədən çox artım deməkdir.

2018-ci ilin maliyyə ili üçün dövriyyə kapitalında olan hərəkətlərdən əvvəl pul vəsaitlərinin hərəkəti 50,1 mln. dollar təşkil edib (2017-ci ildə bu göstərici 32,2 mln. dollar olub).

Bundan başqa, 31 dekabr 2018-ci ilə olan nağd pul vəsaitlərinin və onların ekvivalentləri kimi, kreditlər və borclar çıxılmaqla hesablanmış 6,1 mln. dollar məbləğində olan xalis nağd pul vəsaitləri qalıb (31 dekabr 2017-ci il: 18,1 mln. dollar).

Ötən ilin sonuna olan şirkətin nağd pul vəsaitləri 14,5 mln. dollar (2017-ci ilin sonunda: 2,5 mln. dollar) təşkil edib.

İstehsal sahəsinə gəldikdə isə 2018-ci maliyyə ilində şirkətin ümumi istehsalı 17% artıb.

"Qızıl istehsalı 2018-ci maliyyə ili üzrə 22% artaraq 72 798 unsiyaya çatıb. Mis istehsalı isə 17,4% azalaraq 1 645 ton, gümüş istehsalı isə 21,6% artaraq 21 0184 unsiya olub", - hesabatda qeyd olunub.

Qızıl istehsalının 2018-ci il üzrə ümumi xərci 10,4% azalaraq 541 dollara çatıb və bu, indiyədək qeydə alınan ən aşağı xərc həddidir (2017-də 604 dollar).

Cari maliyyə ili üçün ümumi istehsal hədəfləri 82–86 min qızıl ekvivalenti unsiya (GEO) hesablanıb.

Qeyd edək ki, "Anglo Asian Mining" şirkəti Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR