2019-cu ilin fevral ayı ərzində "Samsung"un Azərbaycan mobil qurğuları bazarında payı 1,2 faiz artıb.
ONA-nın xəbərinə görə, bu barədə "Global Stats" statistik mərkəzi məlumat yayıb.
Mart ayının 1-nə olan məlumata əsasən, bu şirkətin məhsullarının ölkənin mobil cihazları bazarında olan payı 56,7 olmaqla birinci yeri tutur. Lakin bu göstərici, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz azdır.
Bu ilin fevral ayı ərzində daxili bazar üzrə "Apple" şirkətinin məhsullarının payı isə 1,3 faiz azalıb. Bu göstərici mart ayının 1-nə olan məlumata əsasən, 14,1 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 11 faiz çoxdur. "Apple"ın məhsulları Azərbaycanın mobil cihazları bazarında ikinci yeri tutur.
3-cü yerdə, bazar payı 11 faiz olmaqla, "Xiaomi" şirkətinin məhsullarıdır. Bu şirkətin Azərbaycan üzrə bazar payı bu ilin fevral ayında yanvar ayı ilə müqayisədə 2,8 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5 dəfədən artıq artıb.
Digər mobil cihaz istehsalçıların Azərbaycan bazarı üzrə olan pay bölgüsü aşağıdakı kimidir: naməlum (əsasən Çin məşəli) istehsalçıların mobil cihazları - 3,44 faiz, Huawei - 2,67 faiz, LG - 2,55 faiz, Nokia – 1,93 faiz, Lenovo - 1,86 faiz, HTC – 1,43 faiz, ZTE - 0,83 faiz və s.