• İQTİSADİYYAT

    13:18 4 aprel 2019

Aprelin 17-də SOCAR istiqrazlarının növbəti faiz ödənişi baş tutacaq

Aprelin 17-də SOCAR istiqrazlarının növbəti faizləri ödəniləcək.

“SOCAR Capital” şirkətindən ONA-ya verilən məlumata görə, 17 aprel tarixində SOCAR istiqrazları üzrə 2019-cu ilin ikinci faiz ödənişi həyata keçiriləcək. Hər istiqraz üçün 12,5 dollar olmaqla, ümumilikdə 1,25 mln. dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Azərbaycan Mərkəzi Bankındakı hesabına köçürüləcəyi bildirilib.

SOCAR istiqrazlarının faizləri hər 3 aydan bir ödənilir. Dollarda illik 5% gəlir gətirən bu istiqrazların artıq sayca 10-cu faiz ödənişi ediləcək və bununla da istiqraz sahiblərinin ümumi gəliri 12,5 mln. dollara yüksəlmiş olacaq.

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alqı-satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 172 mln. dolları keçib və Bakı Fond Birjasında ən çox alınıb-satılan qiymətli kağızdır – 2019-cu ilin ilk rübündə 110-dan çox, ümumilikdə isə 1 700 əqd bağlanılıb.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR istiqrazlarının 17 aprel tarixində ümumi faiz ödənişlərinin artıq yarısı yekunlaşmış olacaq və müddətin sonunda istiqraz sahiblərinin ümumi gəliri 25 mln. dollar təşkil edəcək.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR